Şarl Mişel Aİ Şurasının prezidenti postundan getməyəcəyini açıqladı
Yanvar 27
15:45
2024
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel gözlənilmədən bəyanat verərək Avropa Parlamentinə seçkilərdə iştirak etməyəcəyini açıqalayıb.
"Mənim seçkilərə qatılmaq barədə qərarım mediada ciddi spekulyasiyalara səbəb oldu. Bu, mənim üçün proqnozlaşdırılan deyildi”, - Mişel "Facebok”da yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində qalmaq qərarı onun vaxtından əvvəl istefa verməsi perspektivinə kəskin reaksiya ilə bağlıdır. Mişel vurğulayıb ki, onun gedişindən Avropa Şurasının parçalanması üçün istifadə edilməsinə icazə vermək istəmir.
Şarl Mişel 2019-cu ildə Aİ Şurasının prezidenti vəzifəsini tutur, onun səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır.
Mişelin istefası halında bu, Macarıstanın Baş naziri Viktor Orbana müvəqqəti olaraq Aİ Şurasına rəhbərlik etmək imkanı verəcəkdi, çünki Budapeşt bu ilin iyul-dekabr aylarında rotasiya ilə Aİ Şurasına rəhbərlik etməlidir.