"Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu qeyri-qanuni yolla seçilib" - RƏSMİ
İyul 08
17:07
2022
"Güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi güzəştlə mənzil əldə etmək istəyən şəxslər üçün bərabər şəraitin yaradılmasıdır”.
O bildirib ki, bir sıra şəxslər isə onlara müraciət etmiş şəxslərin seçimlərini daha tez etmək üçün xüsusi proqram təminatları hazırlayıblar: "Onlar artıq digər vətəndaşların mənzil seçmək hüququnu məhdudlaşdırıblar. Ona görə də ümumilikdə onlar dövlət qurumlarının da fəaliyyətinə maneçilik törədiblər. Xüsusi proqram vasitəsilə müdaxilə nəticəsində bu sistemdən istifadə etmək istəyən digər vətəndaşların da hüquqlarını məhdudlaşdırıb. Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Ona görə də bərabərlik pozulduğu üçün bütün seçimlər ləğv edilib”.