SON XƏBƏR

"Sea Breeze"də 2022-ci ildə düşən dava ilə bağlı qərar: Rus qadına söz atdı, ərini döydü...

Fevral 23
12:49 2024
Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən "Sea Breeze" istirahət mərkəzində Rusiyanın məşhur müğənnisi Zivert (əsl adı Sytnik Yulia Dmitrievna) adlı ifaçının konsertinə gələn qonaqları döyən şəxs barəsində məhkəmə qərar verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, təqsirləndirən şəxs 1991-cı il təvəllüdlü Bakı şəhər sakini Mirzəyev Orxan Fuad oğludur. 

Olay 2022-ci ilin 16 iyuldan 17 iyuluna keçən gecə baş versə də, təqsirləndirilən şəxsə hökm bir neçə gün əvvəl oxunub. Məhkəmə Sabunçu Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalov sədrliyi ilə keçirilib. 

Hadisə günü Aleksandr Makarov, onun həyat yoldaşı Aleksandra Makarova və qohumları Əliskəndər, Yelena, Əziz, Tatyana ilə birlikdə "Sea Breeze" istirahət mərkəzində Rusiyanın məşhur müğənnisi Zivertin konsertinə gəliblər. Həmin gün saat 23:30 radələrində konsert yekunlaşdıqdan sonra qonaqlar "Sea Breeze" istirahət mərkəzinin ərazisində yerləşən "Blue Beach" adlı restoran-klubun çimərliyində kafedə əyləşərək spirtli içki qəbul edib, musiqiyə qulaq asaraq əyləniblər. 

Həmin vaxt bibisi oğlu Bəşirlə orda birlikdə olan Orxan Mirzəyev Aleksandr Makarovun həyat yoldaşına rus dilində ədəbsiz təkliflər etməyə başlayıb. Orxan ona "sən niyə burada tək gəzirsən? Sənin kimi qızlar tək gəzməli deyil, piyansan, gedək mənimlə, russan, ya ukranyalı?" deyə sual verib. 

Buna görə Orxana irad bildirən qadının həyat yoldaşı Aleksandr Makarovla mübahisə davaya çevirilib. Orxan Makarovun sifət və ənsə nahiyəsinə yumruqla sağlamlığa zərər vurmaya aid bədən xəsarətləri yetirib. Orxan davanı sakitləşdirməyə gələn Aleksandr Makarovun qohumu Əliskəndəri də döyməyə başlayıb, onun da burun və sol əng sümüklərini sındırıb. 

Məhkəmənin qərarı ilə Orxan Mirzəyev Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəza çəkdiyi müddət ərzində elektron qolbaqda gəzəcək. 

Qeyd edək ki, Orxan Mirzəyev hazırda Bakıda şirkətlərin birində marketinq və satış şöbəsinin rəisi vəzifəsində çalışır. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook