SON XƏBƏR

Səbailin icra başçısı milyonluq villanı nə ilə tikib?

İyul 27
10:46 2021
Azərbaycanda 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev icra orqanlarında köklü surətdə struktur və kadr dəyişiklikləri etdi. Əsas məğzi şəffaflığa və büdcə vəsaitlərinə ekonomik yanaşmağa hesablanmış dəyişikliklər hələ də davam etməkdədir.
 
Prezident İlham Əliyev vəzifəyə təyin etdiyi gənc kadrları qəbul edib təlimatlandırarkən də, onları bu vəzifədə yalnız dövlətə və xalqa xidmət etməli olduqlarını, dövlətin ayırdığı vəsaitləri düzgün xərcləmələrini, korrupsiyaya yol verməmələrini dəfələrlə xatırladıb.
 
Lakin müşahidələr onu göstərir ki, dövlət başçısının çixişlarını və öz vəzifələrinin məsuliyyətini dərk etməyən, sələflərinin "əməllərini" yaşadan məmurlar gənc kadrların da arasında var.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə İcra başçısı vəzifəsinə təyin edilməyindən qısa müddət sonra dəbdəbəli malikanəyə sahib olan məmurlardan biri də Səbail rayon İcra hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.
 
Belə ki, V.Zeynalovun Səbail rayonuna icra başçısı təyin edildikdən bir il sonra paytaxtın bahalı yerlərindən olan Şüvəlan qəsəbəsində iki mərtəbəli malikanə inşa etdirdiyi deyilir.
 
Qeyd edək ki, ümumisahəsi 800 kv metrə yaxın olan mülkün hazırkı bazar qiymətinin 1-1.5 milyon manat civarındadır.
 
Məlumata görə V.Zeynalov malikanəni həyat yoldaşı Yeganə Zeynalovanın adına rəsmiləşdirib. Malikanənin 2019-cu ildə inşa edildiyi deyilir.
 
Qeyd edək ki, Vüqar Zeynalov 2018-ci ildə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook