SON XƏBƏR

Səbail rayonunda bolşeviklərə barelyef qoyuldu - FOTOFAKT

Sentyabr 02
13:55 2019
Səbail rayonu Bayıl qəsəbəsində yerləşən Xalq Evi kitabxanasının divarına vurulmuş barelyef görənlərin diqqətini çəkir.

Kult.az xəbər verir ki, barelyefin üzərində bolşeviklərlə bağlı tarixi gün yazılıb.

"Burada Bayıl Xalq Evi kitabxanasının binasında 1908-ci il martın 15-də Ümum Şəhər Bolşevik Partiya konfransı olmuşdur”, - barelyefdə qeyd edilib.

Barelyefin latın qrafikasında hazırlanması təsdiq edir ki, bu "xatirə” Sovet illərində qoyulan və yaddan çıxıb hələ də tarixi binanın divarını "bəzəyən” lövhə deyil, əksinə, müstəqillik illərinin məhsuludur.

Vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə çıxmış bolşeviklərlə bağlı barelyefin hansı səbəbdən oraya vurulması sual doğurur.

Məsələ ilə bağlı Səbail Rayon İcra hakimiyyəti ilə əlaqə saxlasaq da, sualımıza cavab verən olmadı. 
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook