SON XƏBƏR

Seçkilərin ilkin nəticələrinin elan olunacağı vaxt açıqlanıb

Fevral 06
15:32 2024
Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək. Bu isə yenə də ilkin nəticə sayılacaq.
 
"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"Yekunda isə Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bu qərar qətidir. Bundan sonra seçilən şəxs andiçmə keçirə biləcək", - o qeyd edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook