Şəfa Mehmanqızı yeni təyinat aldı
Fevral 19
15:07
2016
O, əvvəllər NİİM-də çalışıb.
Azərbaycanın tanınmış aparıcısı, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri Şəfa Mehmanqızı yeni vəzifəyə təyinat alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat verən aparıcı bundan sonra Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışacağını bildirib.
Qeyd edək ki, Şəfa Mehmanqızı 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi çalışıb.
Bu il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.
Ondan daha əvvəl isə Ş.Mehmanqızı 2013-cü ilin iyun ayınadək Xəzər Televiziyasında "Bizim gün” səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib.