SON XƏBƏR

Səfər Mehdiyev xalası oğluna töhmət verdi

Aprel 01
09:49 2020
ömrük Komitəsinin sədri Səfər Mehdiyev yol qəzasında bir nəfərin ölümünə səbəb olmuş xalası oğlu, Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevə töhmət verib.

Bu barədə tia.az saytı məlumat yayıb.



Sayt xəbər verir ki, Vüsal Nuriyev bir müddət öncə sərxoş vəziyyətdə idarə etdiyi xidməti maşınla bir adamı vuraraq öldürüb.

Yayılmış məlumatda deyilirdi ki, Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib və avtomobil Saray yolunda yerləşən "Cərimə meydançası”nda saxlanır.



Məsələ mdiada işıqlandırıldıqdan sonra Səfər Mehdiyev Vüsal Nuriyevə təöhmət verib. Sayt həmin sənədin - raportun surətini də yayıb.

"Halbuki bu cür ağır əməl törətmiş şəxsə qanunla daha daha ağır –adekvat cəza verilməli idi", - məlumatda deyilir.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook