SON XƏBƏR

Səfər Mehdiyevin fırıldaqçı adlandırdığı millət vəkili kimdir? – FOTO

Dekabr 11
20:36 2021
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev virtualaz.org saytına müsahibəsində adını çəkmədiyi bir millət vəkilini fırıldaqçı adlandırıb.

Ötən il malların rüsumsuz idxal limitini 1000 dollardan 300 dollara endirilməsindən bəhs edib və bəzi deputatların limitin azaldılmasının əleyhinə çıxdığını deyib.

Komitə sədri bildirib ki, Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər: "Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.

Məlumat üçün bildirək ki, DGK sədrinin fırıldaqçı adlandırdığı millət vəkilinin kim olması ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb.

Komitə sədrinin açıqlmasına münasibət bildirənlərin əksəriyyəti belə düşünür ki, haqqında bəhs olunan millət vəkili Elnur Abdullayevdir. Sonuncu parlament seçkilərində 17 saylı 3-cü Yasamal seçki dairəsindən millət vəkili seçilən Elnur Allahverdiyev rəqəmsal və məişət texnikası satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan "Kontakt Home”a rəhbərlik edib.

Onu da qeyd edək ki, ötən ilin avqust ayında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib ki, Dövlət Gömrük Komitəsinin işi mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir: "İndiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb. Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq?”
 
Yeniavaz.com 
 

 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook