SON XƏBƏR

Səfir: "2016-cı ildə Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi 60 faiz artıb"

Yanvar 27
01:45 2017
Hindistanın Azərbaycandakı səfirliyi Mİlli Respublika gününün 68-ci il dönümü ilə əlaqədar rəsmi gəbul keçirib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər iştirak edib.
 
Hindistanın müstəqilliyə aparan yolu barədə danışan bu ölkənin Azərbaycandakı səfiri Sanjay Rana hazırda ölkəsinin bir çox sahədə, o cümlədən, ordu və iqtisadiyyatda regionda lider ölkə olduğunu vurğulayıb. İkitərəfli münasibətlərə toxunan diplomat əməkdaşlığın geniş spektri əhatə etdiyini bildirib: "Biz Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi daxil olmaqla enerji sahəsində sıx əməkdaşlıq edirik. Texniki əməkdaşlıq proqramımız çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri və tələbələrin təşkil etdiyi iştirakçı sayı 2 dəfə artıb. Hindistanın Azərbaycandakı icması bu münasibətlərə öz töhfəsini verir".
 
2016-cı ildə ticarət iqtisadiyyat, elm və texnologiya sahələri üzrə Hindistan-Azərbaycan hökumətlərarası xüsusi komissiyanın 4-cü iclasın əhəmiyyətini vurğulayan Sanjay Rana iki ölkə arasında ticarət dövriyyəsinin 2016-cı ildə 60 faiz artdığını deyib.
 
"2017-ci il bizim üçün xüsusi il olacaq, çünki diplomatik münasibətlərimizin qurulmasının 25 illiyi qeyd olunacaq. Bu il Hindistan-Azərbaycan dostluq festivalı keçiriləcək. Ölkələr arasında vizaların sadələşdirməsi hər iki ölkəyə gələn turist və iş adamların sayını artıracaq”, - deyə səfir bildirib.
 
Azərbaycan prezidenti İlham Əliyevin hindistanlılara ünvanladığı təbriklərini çatdıran ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ikitərəfli münasibətlərin bundan sonra daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib: "Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xarici ölkələr ilə münasibətləri inkişaf etdirməyə çox maraqlıdır. Hindistanla münasibətlər böyük əhəmiyyət daşıyır. Bu sahələr arasında yüksək texnologiyalar, əczaçılıq, mehmanxana işi, telekommunikasiya və s. müəyyən edilib".
 
Tədbirin bədii hissəsində azyaşlılardan ibarət olan yerli rəqs ansamblı hind rəqsləri ifa edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook