SON XƏBƏR

Səfir: “Şimal-Cənub” dəhlizi Hindistanı Şimali Avropa ilə birləşdirəcək”

İyul 17
07:41 2017
Hindistanın İrandakı səfiri İran və Azərbaycan dəmir yollarının birləşdirilməsinin beynəlxalq önəmindən danışıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, Hİndistanın Tehrandakı səfiri Surab Kumar Astara (İran) sərhəd şəhərində olub, Azərbaycan və İran müştərək dəmir yolu körpüsünə baxış keçirib və dəmir yolu terminalında tikinti işləri ilə tanış olub.

S.Kumarı baxış zamanı İranın dəmir yol idarəsinin şimal-qərb bölgəsi üzrə idarə rəisi Əli Xudayi və Astara şəhər başçısı Yunis Rənckeş müşaiyət edib. Hindistanın Tehrandakı səfiri S.Kumar Astara-Astara dəmir yolu layihəsinin önəmindən danışıb və bildirib ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistanı Şimali Avropada Helsinki limanı ilə birləşdirəcək. Astara - Astara dəmir yolu layihəsi və onun "Şimal-Cənub” dəhlizinə birləşdirilməsi beynəlxalq ticarətdə təsiredici rola malikdir. Biz bu dəmir yolunun təkmilləşməsində maraqlıyıq və onun potensialından istifadə edəcəyik. Astara - Astara dəmir yolu Xəzər dənizini Fars Körfəzi ilə birləşdirəcək, bu yol şimal-cənub dəhlizi zəncirinin önəmli halqasıdır və region ölkələri arasında iqtisadi əlaqələri asanlaşdırır”, deyə səfir qeyd edib.

Astara şəhər başçısı Yunis Rənckeş, öz növbəsində, İran və Azərbaycan dəmir yollarının birləşməsinin önəmindən danışıb və bildirib ki, Astara- Astara dəmir yolunun təkmilləşməsi işləri hazırda Azərbaycanın dəstəyi ilə aparılır. "Astara-Astara dəmir yolu dəmir yolu vasitəsilə yük daşımalarının sürətlə yerinə çatmasına və məsafənin azalmasına zəmin yaradır. Yolun Rəşt - Astara dəmir yoluna birləşməsi önəmli layihələrdəndir və İran İslam Respublikası ciddi şəkildə bu layihəni həyata keçirməkdə maraqlıdır".
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook