"Şəhərdə rusların xeyli meyitləri var, onları yığmaqla məşğuluq" - Sum vilayətində son durum
Mart 01
11:09
2022
"Ukraynanın Axtırka şəhərində hərbi hissəsinin atəşə tutulması nəticəsində 70-dən çox ölən var. Xilasedicilər axtarış işlərini davam etdirirlər".
"Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Sum vilayəti dövlət administrasiyasının sədri Dmitri Jiviski bildirib.
"Dünən düşmən artilleriyası hərbi hissəni atəşə tutub. Meyitlərin dağıntılar altından çıxarılması işləri davam etdirilir. Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları, könüllülər çalışırlar. Ölənlərin sayı çoxdur. Qəbristanlıqda 70 Ukrayna döyüşçüsü üçün yer hazırlanır”, - D.Jiviski teleqram kanalda yazıb.
O, daha sonra ölənlərin sırasında dinc sakinlərin olduğunu, həmçinin rusların da xeyli itki verdiyini deyib.