SON XƏBƏR

Şəhid anasını təhqir edən Şahin Məmmədov dediklərini təkzib etdi: "Qarışdırmışam..."

Sentyabr 22
17:43 2023
Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədovun görüntüləri rezonans doğurub. 

İş adamı Bizim.Media-ya açıqlamasında sözügedən görüntülərin lentə alınması və yayılmasında Sumqayıtdan olan şəhid Nicat Nəbiyevin anası Əfsanə Əbülfətovanı günahkar olaraq qələmə vermişdi.

Qadının onun yanına mebel istəməyə gəldiyini, imtina etdiyi üçün isə qərəzli şəkildə belə bir foto yaydığını iddia etmişdi. O, hətta şəhid anasının ünvanına nalayiq ifadələr də səsləndirib.   

İctimailəşən bu məsələ isə şəhid anasını özündən çıxarıb. Şərəf və ləyaqətinin alçaldılmasından hiddətlənən Əfsanə Əbülfətova redaksiyamıza şikayətində Şahin Məmmədovla bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini, hətta məsələnin hüquqi müstəvidə həll edilcəyini vurğulamışdı.  

Baş verənlərdən sonra Şahin Məmmədov Əfsanə Əbülfətova haqda dediklərini təkzib edib.  

İş adamı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, əslində Əfsanə Əbülfətovanı tanımır və onun şəhid anası olduğunu da bilməyib: 

"Sən demə o qadın şəhid anasıdır. Mənə də onun barəsində yalnış məlumat verilib və səhv bilmişəm. O videonu kimin çəkdiyini bilməmişəm. Əfsanə xanımı da tanımıram. Mebel üçün yanıma gələn qadının kim olduğunu xatırlamıram. Onun Əfsanə xanım və ya başqası olduğu yadıma gəlmir. Mən 3-4 nəfərə mebel vermişdim. Ondan sonra çoxları mənə müraciət etdi. Qarışdırmışam. Demişəm, amma sonradan araşdırdım ki, yanıma gələn Əfsanə xanım deyil”, - deyə Şahin Məmmədov əlavə edib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook