Şəhidin xanımı Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub
Oktyabr 31
20:02
2024
Vətən müharibəsi şəhidi, polkovnik Sədi Musayevin xanımı, "Mənim oğlum qəhrəmandır!” layihəsinin koordinatoru Gülşad Musayeva Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.
Mərkəzimizin ümumi cərrahiyyəsinin şöbəsinin həkimləri Cümşüd Kazımzadə və Vahid Muradov tərəfindən icra olunan "Düz bağırsağın laparoskopik abdominoperineal rezeksiyası” əməliyyat uğurlu nəticə ilə yekunlaşıb. Əməliyyat laparoskopik üsülla və xüsusi steplerlərin istifadəsi ilə baş tutub. Laparoskopik əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Həkim pasiyentın vəziyyətinin yaxşı olduğu və yaxın günlərdə evə buraxılacağını bildirib.
Gülşad Musayevanın vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və həkim heyətimizin əməliyyat sonrası xəstə ziyarətindən görüntüləri sizlərə təqdim edirik.
Cəlal Qurbanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirdirib.
Polkovnik-leytenant Sədi Süleyman oğlu Musayev xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə” medalı və II dərəcəli "Qüsursuz xidmətə görə, "Vətən uğrunda” medalı, və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mərkəzimizin ümumi cərrahiyyəsinin şöbəsinin həkimləri Cümşüd Kazımzadə və Vahid Muradov tərəfindən icra olunan "Düz bağırsağın laparoskopik abdominoperineal rezeksiyası” əməliyyat uğurlu nəticə ilə yekunlaşıb. Əməliyyat laparoskopik üsülla və xüsusi steplerlərin istifadəsi ilə baş tutub. Laparoskopik əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Həkim pasiyentın vəziyyətinin yaxşı olduğu və yaxın günlərdə evə buraxılacağını bildirib.
Gülşad Musayevanın vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və həkim heyətimizin əməliyyat sonrası xəstə ziyarətindən görüntüləri sizlərə təqdim edirik.
Cəlal Qurbanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirdirib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 28 sentyabr 2020-ci il Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə əməliyyat qrupu zabiti kimi yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda qəhrəmancasına şəhid olub.