Səhiyyə nazirliyində tenderləri öz MMC-lərinə verən İdarə rəisi kimdir? - ŞOK İDDİA
Yanvar 22
11:15
2024
Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Haciyevin müstəbid siyasəti yeni 2024-cü ildə də davam etməkdədir. Onun yarıtmaz idarəçiliyi barədə gileylərini "Nyus.az”-ın redaksiyası ilə bölüşən mənbə bildirir ki, Elşad Hacıyev müəssisəyə direktor təyin olunandan orada çalışan işçilərin qara günləri başlayib: "Belə ki, işə təyin olunan kimi 30 nəfər işçidən 16 nəfərini dərhal işdən azad etdi. Qalan 14 nəfərlə isə iki ildən çoxdur ki, müqaviləni 2-3 ay müddətinə bağlayır. Onun məqsədi odur ki, bu köhnə hesab elədiyi işçilər işdən özləri bezib getsinlər. Ümumiyyətlə, vətandaşın mənliyini və hüquqlarını bu qədər pozmaq olarmı? Bunu Səhiyyə Nazirliyinin rəhbərliyi görmürmü? Niyə maraqlanmırlar ki, köhnə işçilərin hansi günahları var, bunu araşdırmaq çətindirmi? Bu barədə bir neçə dəfə Əmək və Əhalinin Sosila Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinə məlumat verilib. Nə üçün bununla maraqlanan yoxdur?”
Mənbə Elşad Hacıyevin dözülməz kadr siyasətini onun məşğul olduğu digər qeyri-qanuni işlərlə əlaqələndirir: "İstəyirlər ki, onların işə yeni qəbul etdikləri, tikinti işini bilməyən və çoxu Azərbaycan vətəndaşı olmayan işçilərlə bütün məsələlərini həll etsinlər. Keçirilən tenderləri dolayı yollarla öz firmalarına yönəltsinlər. Bu müəssisənin bütün işlərini onun baş mühasibi və tender komissiyasının sədri, "sağ əli” və "qara kassası” Turan Şabanov yerinə yetirir. Halbuki, Turan bəy heç bir müəsisədə sona qədər işləməyib. Bu müəssisənin layihə-smeta sənədləri, tikintidə görülən işlərə nəzarət hamısı Turan Şabanova həvalə edilib. Çünki, Turan bəy Elşad Hacıyevin qohumu və dostudur. Turan Şabanov harada işləyibsə, saxtakar olduğu üçün onu işdən qovublar. Turan bəydən əlavə, ona yaxın olan işçilərdən biri, köhnə işçi, halbuki, heç bir vəzifəyə sahib olmayan, ona yaxın münasibətdə (!) olan Bənövşə xanımın sözləri keçərlidir”.
Mənbə qeyd edir ki, Elşad Hacıyevin rəvac verdiyi Səhiyyə Nazirliyinə nə qədər müraciət olunsa da, bunlara cavab verilmir: "90 çarpayılıq xəstəxana üçün 9-11 ədəd lift nəyə lazımdır? Bu, dövlət vəsaitini niyə talan edir? Liftin tender qiymətini baha qiymətə yazır, sonda ucuz qiymətə alıb podratçıya özü satır. Səhiyyə Naziriliyinin rəhbərliyi hara baxır? 2023-cü ilin sonunda internet saytlarında Səhiyyə Nazirliyinin TOMM-nin direktoru Elşad Hacıyev barədə yazılan tənqidi məqalələrdə bu məsələlər dərc edilmişdir. Ondan sonra Elşad Haciyev köhnə işçiləri yığıb onları işdən çıxaracağı ilə hədələmişdi ki, bunları internet sayıtına kim yazdırıb? Bu təhdid olunan işçilər arasında xadimə, gözətçi və sürücülər də var. İndi hansı zamandır ki, müdir işçiləri yığıb bu məsələləri müzakirə edir, onları incidir? Səhiyyə Nazirliyi bir yoxlama aparıb niyə m⁹araqlanmır ki, 10-30 il bu müəsisədə təcrübəsi olan işçiləri işdən çıxarıb, onların yerinə kimi işə qəbul edib? Halbuki, bu köhnə işçilər neçə illərdir vicdanla işləyən, dövlətimiz tərəfindən mükafatlarla təltif olunan işçilərdir. Elşad Hacıyev deyir ki, mənə "yuxarı”dan deyirlər ki, köhnə işçiləri işdən çıxar, yenilərini işə qəbul et. Əgər Səhiyyə Nazirliyinin rəhbərliyi bunları Elşad Hacıyevə deyiblərsə, bu məsələyə münasibət bildirsinlər”.
Mənbə: Nyus.az
Qarşı tərəf mövqe sərgiləyə bilər.
Qlobal.az