Səhliyalı MMC niyə vergini ödəyə bilmir: Yardım paketi yoxsa devalvasiya...
Dekabr 30
00:23
2020
Azərbaycanda bəzi şirkətlər son bir ildə iqtisadiyyatda baş verən böhrandan sui-istifadə etməyə çalışırlar.
Qlobal.az-ın bu barədə etibarlı mənbədən əldə etdiyi məlumata görə ilin əvvəlindən koronavirus pandemiyasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimi ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərib. Müəyyən sahələrə tətbiq edilən məhdudiyyətlərin təsirindən xeyli sayda iş yerləri bağlanıb. Lakin bazardakı real situasiya qida sektorunda fəaliyyət göstərən bəzi monopolist şirkətlərin büdcələrinin artmasına münbit şərait yaradır.
Qeyd edilir ki, bazardakı hegemonluqlarına görə gəlirlərinin davam etməsinə baxmayaraq, bu tip şirkətlərin bəziləri dövriyyələrini süni olaraq azaltmaqla, vergi ödəmələrini gecikdirməklə və digər üsullarla barələrində "ziyançəkən şirkət" obrazı yaradırlar. Buna səbəb isə dövlətin pandemiyadan zərər çəkən özəl müəssisələrə edəcəyi ehtimal edilən yardım paketindən yararlanmaq planının olması və ölkədə gözlənilən devalvasiyadır.
İddialara görə qəsdən vergi ödəməyən şirkətlərdən biri də "Sahliyalı" şirkətidir.
"Sahliyalı" şirkətinin hazırda vergi borcu 650.951 manat təşkil edir.
Qeyd edək ki, "Sahliyalı" şirkəti 1996-cı ildən fəaliyyət göstərir.
Şirkət əsasən ət və süd məhsullarının istehsalı ilə məşğuldur.
Şirkətdən məsələyə münasibət öyrənə bilmədik.