Şəhriyar Məmmədyarov bir ermənini məğlub etdi, növbədə digəridir
İyul 20
11:05
2021
Soçidə keçirilən şahmat üzrə Dünya Kubokunda kişilərdə 1/64 final mərhələsinin, qadınlarda isə 1/32 final mərhələsinin oyunları başa çatıb.
Qaynarinfo xəbər verir ki, şahmatçılarımız rəqiblərini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Əvvəlki iki partiyanı heç-heçə ilə başa vuran Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryana, Nicat Abasov ermənistanlı Şant Sarqsyana, Vasif Durarbəyli rusiyalı Aleksandr Predke, Gülnar Məmmədova isə gürcüstanlı Lela Cavaxişviliyə tay-brekdə qalib gəliblər.
Bundan əvvəl Günay Məmmədzadə rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib. Məmmədzadənin rəqibi 1/16 final mərhələsində İran şahmatçısı Sarasadat Hademalşareh olacaq. Gülnar Məmmədova isə növbəti mərhələdə almaniyalı Elizabet Paetslə qarşılaşacaq.
Kişilərin yarışında da isə 1/32 final mərhələsində Şəhriyar Məmmədyarov ermənistan şahmatçısı Haik Martosyanı sınağa çəkəcək. Nicat Abasov rusiya təmsilçisi Andrey Esipenko ilə, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə qarşılaşacaqlar.