Şəhriyar Məmmədyarov “Grand Chess Tour” turnirinin üçüncü mərhələsində 7-ci yeri tutub
İyul 25
08:35
2022
Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə "Grand Chess Tour” seriyasının 3-cü mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov turnirin rapid və blits yarışlarında iştirak edib. Şahmatçımız yekun nəticəyə görə, 15 xalla 7-ci yeri tutub.