SON XƏBƏR

Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Aprel 26
06:42 2022
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın dördüncü turunda polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib.

İlk partiyada qara fiqurlarla rəqibinə uduzan Məmmədyarov növbəti görüşdə heç-heçə edib. Üçüncü partiyada qara fiqurlarla qələbə qazanan Azərbaycan təmsilçisi sonrakı qarşılaşmada sülhə razılaşıb. Son iki partiyada da Duda ilə bacarmayan təcrübəli şahmatçı yekunda 2:4 hesabı ilə məğlub olub.
 
Məmmədyarov ilk üç turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook