Səidə Sultan: “İstəyirəm ki, məni kimsə götürüb, hazır məhsul kimi işlətsin” – VİDEO
Aprel 19
22:33
2017
"Məni istəyən oğlan var, qalıram kəsilə-kəsilə”
"16 yaşımdan elçilərim gəlməyə başlayıb”
"ARB Ulduz”un "Şou-məkan” proqramının növbəti qonağı müğənni Səidə Sultan olub.
Şou-biznesin altından girib üstündən çıxan, həm bu aləmdə əsas simalardan biri kimi görünən, həm də sanki bura aid deyilmiş kimi kənarda qalan müğənni, ilk olaraq 16 yaşından elçilərinin qatar olub qapısına düzüldüyündən danışıb:
"Allah şahid, yaxınlarım şahiddir ki, mənim üçün ailə qurmaq 16 yaşımdan başlayıb, 16 yaşımdan elçilərim gəlməyə başlayıb. Özüm istəməmişəm. Qızsayağı da yox, oğlansayağı yaşamışam. Qız olar, evində yeməyini bişirər, vaxtında evində olar. Ancaq mənim yaşam tərzim elə olmayıb. Mən özüm qazanmışam, hər şeyi özüm idarə etmişəm”.
Daha sonra Səidə, istiqamətini dəyişməsinə, onun marağını baltalayan insanların səbəb olmasından söz açıb:
"Əvvəl marağım çox idi. Məqsədim də təmiz idi. Getdiyim yolu da düz seçmişdim. Düzdür, sonralar özümə başım qarışdı. Heç nəyə fikir vermədim. Sonra elə bir məqamlar oldu ki, başladılar mənim marağımı öldürməyə, mən doğurdan da, həvəsdən düşdüm. İndi də məqsədli müğənnilər var. Mənim o cür yanaşmam yoxdu. Gərək özümün ürəyimə yatsın ki, mahnı oxuyum”.
Artıq yorulduğunu dilə gətirən sənətçi, hazır məhsul olarsa, çox rahat olacağını bildirib:
"Mən bilirsiz necə iş rejimi istəyirəm? Hazır kökə məsələsi. Mən istəyirəm ki, məni kimsə götürsün, hazır məhsul kimi işlətsin. Artıq ora-bura qaçmaqdan bezmişəm. Bu işləri görmək istəmirəm. Düşmənlərim daha çox oldu. Mən təkəm, arxamda Allahdan başqa kimsə yoxdur. Ömür böyü də özüm tək mübarizə aparmışam. Məni istəməyən insanlar, mənim antireklamımı aparan insanlar çox oldu. Ona görə də, mən hər şeydən küsdüm.
Mən daha bu sənət üçün özümü öldürməyəcəm. Ay hamı getdi qabağa mən qaldım. Getsin. Mənim həmin mahnı ürəyimə yatacaqsa, oxuyacam, yatmayacaqsa, oxumayacam. Belə vecimə də deyil. Bu sənət elə şeylər tələb edir ki, gərək çox şeyindən keçəsən”.
Müğənni bununla yetinməyib, anasının ona evlənmək üçün namizədlər axtarışına çıxmağını da vurğulayıb:
"Anam bir də görürsən gəlir evə. Səidə, bir müəllim var. Onun da bir qohumu var. Yaxşı adamdı. Səni istəyirlər. Oğlan da yaxşı oğlandır. Qalıram kəsilə-kəsilə. Mənim artıq elə yaş dövrümdür ki, durub birdən ərə gedə bilmərəm. Bundan sonra mən bəyənə bilmərəm”.
"Əgər evlənsən, ailə uşağa qaynıyıb qarışsan, yəqin oxumağı birdəfəlik yadından çıxararsan?” – sualına isə Səidə belə cavab verib:
"Müğənni qızlarımızın çoxunun qanında var ki, ərə getsin, sonra oxumasın. Gedim uşağım olsun, daha bəsdir, istəmirəm, oxumuram, deyirlər. Başqa nə edəsən ey”.
Qeyd edək ki, "ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.