SON XƏBƏR

Şəki UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib

Noyabr 01
12:35 2017
Azərbaycanın sənətkarlıq paytaxtı Şəki şəhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
 
Qlobal.A "AzərTAc”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Şəki şəhəri şəbəkənin "sənət və sənətkarlıq” tematikası üzrə siyahıya salınıb.
 
UNESCO-nun baş direktoru İrina Bokovanın qərarı ilə "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
 
2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.
 
Şəki şəhərinin tarixi, əhalisi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı haqqında lazımi məlumatlar toplanaraq UNESCO-ya təqdim edilib.
 
UNESCO-nun faktaraşdırıcı missiyası Şəkidə səfərdə olub. İkiillik əməyin bəhrəsi kimi Şəki təkcə milli səviyyədə deyil, həmçinin beynəlxalq səviyyədə sənət və sənətkarlıq şəhəri adını alıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook