Şəki Xan Sarayı barədə qərar verildi (RƏSMİ)
Avqust 08
13:05
2019
Bu həftənin sonu qədər Şəki Xan Sarayına giriş bərpa olunacaq.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
K.Quluzadə qeyd edib ki, saray ətrafındakı ağaclarda budanma, ərazidə bərpa, və təmizlik işləri yekunlaşıb:
"Saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılmalar aparılıb”.
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.
Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.