"Seks videomun necə yayıldığını bilmirəm" - Millimizin sabiq futbolçusu
İyul 02
16:29
2016
Azərbaycan millisinin sabiq futbolçusu Pərdis Fərcad-Azadın almaniyalı model Cina-Liza Lohfinklə seks qalmaqalı bir müddətdir ki, müzakirə mövzusudur. 28 yaşlı futbolçunun onu zorladığını deyən Lohfink məhkəməyə müraciət etmişdi. 4 ildir ki, uzanan məhkəmə prosesi avqustun 8-də yekunlaşacaq.
O, model xanımla videosunun necə yayıldığını da bilmədiyini deyib: "Açığı, bilmirəm. Özüm də pis oldum”.
Qlobal.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, qarşı tərəf bu barədə mətbuata açıqlamalar versə də, Pərdis bu barədə susma mövqeyini tuturdu. Lakin 1xəbər.com saytı İran əsilli oyunçunu az da olsa danışdırmağı bacarıb.
Pərdis almaniyalı modellə porno qalmaqalı haqda bunları deyib: "Bu barədə danışmaq istəmirəm. Bəli, məhkəmə onu cəzalandırdı. 4 il qabaq olan bir şeydir”.
Futbolçu "İnter”ə keçəndən sonra bu məsələnin gündəmə gəlməsini də anlamadığını dedi: "Bilmirəm niyə belə oldu. Bəlkə kimsə mənim pisliyimi istəyir”.O, model xanımla videosunun necə yayıldığını da bilmədiyini deyib: "Açığı, bilmirəm. Özüm də pis oldum”.
Milli üzvü həmin hadisənin gündəmə gəlməsindən sonra Bakı "İnter"indəki komanda yoldaşlarının ona bu barədə nəsə deyib-deməməsini də aydınlaşdırıb: "Bizdə belə şeylər danışılmır”.
Qeyd edək ki, Cina-Liza Lohfink 2012-ci ildə məhkəməyə müraciət edərək, Pərdis Fərcad-Azad və Sebastian adlı digər şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi. Bir neçə gün öncə isə qarşı tərəfə böhtan atdığı üçün Lohfinki 27 min dollar cərimələyən Berlin məhkəməsi Pərdis Fərcad-Azad və adı zorlamada hallanan Sebastian adlı digər şəxsə isə 1500 dollar cərimə kəsmişdi. Buna səbəb kimi isə onların Lohfinklə seksi videoya çəkmələri və onu internetdə yaymaları göstərilmişdi.
Qlobal.az