Səlim Müslümovun var-dövləti üzə çıxdı - FOTO+SƏNƏD
Yanvar 30
14:18
2020
Sabiq nazir Səlim Müslümovun dəyəri on milyonlarla ölçülən biznesi aşkarlanıb.
Qlobal.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazıb:
"Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu TURQAY MÜSLÜMLÜ Edinburq Universitetini başa vurduqdan sonra biznesə girişib. 2017-ci ilin noyabrın 23-də o, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib. Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda - BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV , ev 7A-da hüquqi qeydiyyata alınıb.
1."ORİON GLOBAL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli ORİON PALACE Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.
2."ORİON CONSTRUCTİON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tikinti sahəsində fəaliyyət göstərir.
3."ORİON CARS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.
4."ORİON CREATİVE SOLUTİONS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu ASİM MÜSLÜMLÜ SƏLİM oğlunun adına rəsmiləşdirilib.
Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib".
Qlobal.az