Şəmkirdə fabrik fəaliyyətə başlayacaq
Avqust 27
10:31
2016
Şəmkirdə xalça fabriki fəaliyyətə başlayacaq.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətində "dəyirmi masa” təşkil olunub.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, yaxın zamanlarda Şəmkirdə xalça fabriki fəaliyyətə başlayacaq. Buna görə də fabrikdə çalışacaq işçilərin xalçaçılıq sənətinə yiyələnməsi üçün kurslara cəlb edilməsi vacibdir.
Yeni istifadəyə veriləcək xalça fabriki 2000 kvadratmetr ərazini əhatə edir və burada 150 xalçaçının çalışması nəzərdə tutulur.
Tədbir iştirakçıları Azərbaycanın hər yerində olduğu kimi, Şəmkir rayonunda da yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlərdən söhbət açıblar.
Qlobal.az