“Sən neyçün ağlarsan”
Oktyabr 21
09:37
2017
(Esse)
Sən neyçün ağlarsan, mən duran yerdə?
Nərgiz gözlərinin yaşına qurban.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.
Qəlbimin çeşməsi çağlar səninçün,
Könlüm uşaq kimi ağlar səninçün.
Yaslı bir ananın saçları kimi,
Nədir məhkum olub səssiz ağlamaq?
Bu yerdə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?
Ötən günün həsrətini anaraq,
Uçan quşdan səni xəbər almışam.
Dönüb telli saz oldu,
Mənim ilk məhəbbətim.
Həmişə yalvarıram şəklin də dinməz.
Şəklinə, özünə qurban olduğum.
6-13 noyabr,1991-ci il.
Poeziyamızın
həzin, kövrək Müşfiqinin dilbəri – Dilbər Axundzadənin vəfatının ildönümünə həsr
olunur.
Bir
qara buludam uca göylərdə,
Bu
qara baxtımla bizim ellərdə.Sən neyçün ağlarsan, mən duran yerdə?
Nərgiz gözlərinin yaşına qurban.
O gün
dəli küləklər də matəm sükutunda idi. Yerdə də, göydə də məhəbbət naləsi tüğyan
edirdi. Məhəbbət və intizar, sevgi və mərhəmət... Yaradan da gileyli idi.
O gün
bir kişi məzarı hərarət həsrətində idi. Məzar yol intizarında idi. Müşfiq gözləyirdi!
Müşfiq dözümü tükənmişdi. Alagöz yarının həsrətində, intizarında qovrulurdu
Müşfiq.
O gün
iki sevgili qovuşacaqdı. O gün dünya məhəbbət nəğməsini ağı üstə kökləyəcəkdi. O
gün Dilbər – Müşfiq yadıgarı, Müşfiq ömrünün davamı dünyasını dəyişəcəkdi. O
gün... 21 oktyabr 1990-cı il!..
1939-cu
il mart ayının 12-də dünyada bir müqəddəs ruh zühur etdi. Müşfiq ruhuydu O!
Hər
ruhun öz sığınacağı olur. Sığındığı qapını bağlı görəndə tənha ruh öz babını
axtardı. Axtardı... Axtardı... Və... TAPDI!
Müşfiq
atanın, Dilbər ananın qəmli ömürlərini duyan, kövrək hisslərlə xatırladan şer də
həzin-həzin layla deyir. İki nakam sevgilinin çiçək kimi qısa qoşalıq ömürlərinə,
əlacsız həsrətlərinə layla deyir: bacı laylası, ana laylası...
O gün
ki, hicrana uğradı yolum,
Qırıldı
qanadım, qırıldı qolum.Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.
Qəlbimin çeşməsi çağlar səninçün,
Könlüm uşaq kimi ağlar səninçün.
37 tək
rəqəmdi, nəhs deyildi ancaq. Amma bəxtinin qapısı bağlı olanlar üçün nəhs gətirdi.
Bu günün
kütləvi qırğın silahı, dünənin başbiləninin bir kəlməsi idi. Sapı özündən olan
iti baltalar başı yarpaqlı uca çinarlarımızı kobud əllə budadı. Qılıncların
dalı da kəsdi, qabağı da.
Nədim
hakim olub göyüs dağlamaq,
Əllərə,
qollara zəncir bağlamaq?Yaslı bir ananın saçları kimi,
Nədir məhkum olub səssiz ağlamaq?
1905...
1917... 1937... 1941... hamısı təklənən illər... Təklər birləşib qoşalülə düzəltdilər.
Dili uzun, sözü kəsərli olanları, dünyamızın dünya boyda dərdlərini duyanları
susdurmaq üçün! Qoşalan rəqəmlər cütləri qarğadılar... Qurbanlar, şəhidlər saybasay, dərdlər
çeşidbəçeşid... Qurbanların, şəhidlərin cərgəsindən iki nəfər boylanır: biri
Müşfiqdi, o biri Dilbər!
Ah!...
Mən gündən-günə bu gözəlləşən,
İşıqlı
dünyadan necə əl çəkim?Bu yerdə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?
Müşfiq
ülvi məhəbbətinin bəhrəsini də daddı. Bir körpə dünyaya göz açdı. Yalçın qoydu
adını. Yalçın bala laçın uçuşuyla əldən getdi. Bəlkə tale oğlan uşağını atasız
eləməmək üçün dünyadan aldı onu? Bəlkə iki sevgilinin məhəbbətini bölməmək,
parçalamamaq üçün körpəni aldı onlardan?
Üzeyirlər,
Niyazilər nəsli yadigarı qoya bilməzdilərmi? Tanrı bu məhəbbəti bölməmək üçün
onları tək-tənha qoydu. Əvəzində böyük bir xalqın məhəbbətini, alqışını verdi
onlara. Ancaq Dilbər poeziya, sənət vurğunlarında tapdı təsəllisini. Həmsöhbətləri
dərdinə şərik çıxdılar. Məhəbbətini bölməsələr də, dərdini böldülər. Belə həmsöhbətləri
birdimi, ondumu,
Ay
Müşfiqim, xəyallara dalaraq
Yollarına
baxa-baxa qalmışam.Ötən günün həsrətini anaraq,
Uçan quşdan səni xəbər almışam.
Nəğmə-nəğmə
inlədi Dilbər həsrəti. O, bu həsrəti könül ağrısıyla yaşadı. İlk məhəbbətin əvəzolunmazlığı,
solmazlığı, əbədiyyət ömrü Dilbər ömründə, Dilbər yozumunda bir daha təsdiqləndi.
Bahar
oldu, yaz oldu,
Niyə
ömrü az oldu?Dönüb telli saz oldu,
Mənim ilk məhəbbətim.
Ayrılığın
uzun həsrəti iliklərə qədər işləmişdi. Müşfiqin məzarı da yanmışdı. Dilbərin
könül dünyası da odlanmışdı. Misralar da haray çəkirdi yanıqlı nalələrdən.
Dilbərəm,
ilk eşqim günəşdir sönməz,
Ömrümün
baharı geriyə dönməz.Həmişə yalvarıram şəklin də dinməz.
Şəklinə, özünə qurban olduğum.
- Müşfiq
ata, sən neyçün ağlayırsan?
- Dilbərim
dünyasını dəyişibdir.
- Görünür,
qismət beləymiş.
- Axı,
"Müşfiqsiz günlərim” də nakam qalıb?! Bitirməyib.
- Bir
igid tapılar bitirməyə.
- Qeyrətinizə
inanıram, bala.
- Səndən
sonra çox küləklər əsibdi, çox qovğalar olubdu. Dilbər ana yaman üşüyübdü.
- Mən
də üşümüşəm.
- Dilbər
ana torpaq əmanətidi...
- Ana
torpağımın ətrinə qurban olum...
- Qənşərinizdə
diz üstəyik. Allah Sizə rəhmət eləsin! Qəbriniz nurla dolsun!
Rafiq
Rəhimli,
"Dədə Qorqud” qəzeti6-13 noyabr,1991-ci il.
Qlobal.az