Şən və Hazırcavablar Klubunun festivalına Qarabağ da dəvət olunub
Yanvar 12
02:39
2017
Yanvarın 10-da Rusiyanın Soçi şəhərində Şən və Hazırcavablar Klubunun (ŞHK) sayca 28-ci "KiViN-2017” beynəlxalq festivalı start götürüb. Bu yarışda müxtəlif ölkələrin komandaları ilə yanaşı, "Bakı yığması” adlı Azərbaycan komandası da iştirak edir.
Lakin ölkəmizdən Soçiyə, belə demək mümkünsə, daha bir komanda dəvət alıb – bu, Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən "Duzlu-çörəkli” komandasıdır.
ŞHK Beynəlxalq ittifaqının prezidenti Aleksandr Maslyakov tərəfindən Qarabağ komandasının yarışa dəvət alması ölkəmiz üçün, yumşaq desək, gözlənilməz addım olub.
Bu məlumatı təsdiqləmək üçün "Sputnik Azərbaycan” agentliyi "AMiK” Televiziya yaradıcılıq birliyinə müraciət edib. Orada xəbəri heç cür şərh etməyiblər, sadəcə olaraq, bildiriblər ki, əgər komandanın adı siyahıda varsa, birmənalı şəkildə yarışda iştirak edir.
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, lakin onun ərazisində qondarma "DQR” yaradılıb və bu separatçı qurum dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.
Təəssüf ki, nə yerli "Bakı yığması” komandamız, nə agentliyin müraciət etdiyi Milli Məclisin deputatları bu məlumatı şərh etmək istəməyiblər. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində məsləhət görüblər ki, şərh üçün Xarici İşlər Nazirliyinə müraciət edilsin. XİN isə "topu” yenidən mədəniyyət nazirliyi tərəfə ötürüb.
Vəziyyətlə bağlı əfsanəvi "Bakılı oğlanlar” komandasının ən parlaq üzvlərindən biri, Azərbaycanın əməkdar artisti Tahir İmanov fikrini bildirib: "Necə düşünürsünüz, əsli Qarabağdan olan adam bu xəbərə necə reaksiya verə bilər? Əlbəttə ki, mən onların festivalda iştirakının əleyhinəyəm! Mən prezidentimiz İlham Əliyevin siyasətini tamamilə dəstəkləyirəm: separatçı rejimə aid olan hər şey bütün beynəlxalq konvensiyaların kobud pozuntusudur”.
İmanovun fikrincə, "Bakı yığması” Soçidəki festivalda etirazını bildirməlidir. Artist qeyd edib ki. belə vəziyyətlərdə "Bakılı oğlanlar”ın kapitanı Anar Məmmədxanovun həyatda olmamasına heyfsilənir. Əgər o sağ olsaydı, bu cür hadisə baş verə bilməzdi, çünki Məmmədxanov təkcə ölkəmizdə deyil, bütünm beynəlxalq ŞHK aləmində böyük nüfuza malik idi.