Senat eks Ermənistan səfirini ABŞ-ın Rusiyadakı yeni səfiri kimi təsdiqlədi
Dekabr 22
14:22
2022
ABŞ senatorları Dövlət Departamentinin əməkdaşı Lin Treysinin ABŞ-ın Rusiyaya yeni səfiri təyin edilməsini təsdiqləyiblər.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.
ABŞ prezidenti Co Baydenin təklif etdiyi onun namizədliyi üçün Konqresin aşağı palatasının yüz üzvündən 55-i üzvü lehinə, bir nəfər əleyhinə səs verib.
Treysi tarixdə bu vəzifəni tutan ilk qadın olacaq. O, rus dilini bilir və 2014-2017-ci illərdə ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbərinin müavini vəzifəsində çalışıb. Treysi son vaxtlara qədər ABŞ-ın Ermənistandakı səfiri, 2012-2014-cü illərdə dövlət katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini, 2010-2011-ci illərdə Türkmənistandakı səfirin müavini vəzifələrində çalışıb.
Rusiya daha əvvəl Treysinin namizədliyini təsdiq etmişdi. Əvvəlki səfir Con Sallivan həyat yoldaşının ağır xəstəliyi və ölümü səbəbindən üç illik missiyasını vaxtından əvvəl başa vurub.