SON XƏBƏR

Sənədli və sənədsiz torpaqların qiymət fərqi (VİDEO)

Aprel 09
00:07 2018
Eyni ərazidə yerləşən iki torpaq sahəsinin qiymətində iki dəfəyədək fərq var.

Qlobal.az "Xəzər TV"yə istinadən xəbər verir ki, bunun əsas səbəbi isə ucuz olan torpağın çıxarışının olmaması, baha olanın isə bütün sənədlərinin qaydasında olmasıdır.

Mütəxəssislər bildirir ki, çıxarışlı və bu sənədi olmayan torpaqlar arasında qiymət fərqinin olması təbiidir. Bu qiymət fərqi isə Bakının müxtəlif sahələri üzrə bir-birindən seçilir.

Ekspertlər bildirirlər ki, baha olmasına baxmayaraq, xüsusilə mənzil tikmək üçün alınan torpaqların çıxarışının olmasına diqqət etmək vacibdir. Yoxsa həmin torpağa qoyulan vəsait gələcəkdə puç ola bilər.

Onu da qeyd edək ki, Bakının bir sıra rayonlarında çoxlu sayda çıxarışı olmayan torpaqlarda binalar tikilib. Bu isə həmin vətəndaşlara evləri üzərində mülkiyyət hüququ vermir. Qanunsuz tikilən evlərin yerləşdiyi ərazilərdə hansısa obyekt inşa olunarsa həmin evlərin söküləcəyi təqdirdə sahibləri konpensasiya əldə edə bilmirlər. Bundan başqa çıxarış olmadığına görə bu evləri girov qoyub banklardan kredit əldə etmək də mümkün deyil.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook