SON XƏBƏR

Seneqal Avropaya maye qaz təklif edib

May 23
09:27 2022
"Seneqal Avropaya maye qaz tədarükü məsələsi üzərində işləməyə hazırdır”.

"Report” xəbər verir ki, bunu Seneqal prezidenti və Afrika İttifaqının sədri Maki Sal Dakarda səfərdə olan Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra deyib.

"Biz Avropa bazarına mayeləşdirilmiş təbii qazın tədarükü üzərində işləməyə hazırıq”, - deyə o bildirib.

Son on ildə Seneqal şelfində böyük neft və qaz yataqları aşkar edilib. Onların ehtiyatları 1 milyard barel çıxarıla bilən neft və qaz ehtiyatı 40 trilyon kubmetr həcmində qiymətləndirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook