SON XƏBƏR

Sentyabrın 6-dan Azərbaycana daha 13 ölkədən uçuşlara icazə verilir

Sentyabr 04
01:34 2021
Baş nazir Əli Əsədov Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- Çin Xalq Respublikası;
- Estoniya Respublikası;
-. Finlandiya Respublikası;
- Fransa Respublikası;
- Honq-Konq (ÇXR);
- Xorvatiya Respublikası;
- İslandiya Respublikası;
- İtaliya Respublikası;
- Latviya Respublikası;
- Malayziya;
- Səudiyyə Ərəbistanı Krallığı;
- Yaponiya.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook