SON XƏBƏR

Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib - Baş prokuror

Oktyabr 01
13:19 2024
Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə bağlı ittiham verilib.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Baş Prokuror Kamran Əliyev deyib

O bildirib ki, separatçıların bütün hüquqları təmin olunur, onların hər birinin bir neçə vəkili var: "Onların hər birinin iş materialları tanış olma kimi hüquqları var".
 
Baş prokuror bildirib ki, separatçılarla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. O qeyd edib ki, ittihamlar kifayət qədər ciddidir: "Zərərçəkmişlər çoxdur. Materiallarla tanış olma mərhələsi başlayacaq. Sonra isə iş məhkəməyə göndəriləcək”.

Kamran Əliyev bildirib ki, İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir. Onun sözlərinə görə, bu, prosessual məsələdir: "İndi qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir”.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook