SON XƏBƏR

"Separatçıların Azərbaycan məhkəmələrində mühakimə edilməsi təmin olunacaq" - Kamran Əliyev

Yanvar 26
11:06 2024
Qarabağ separatçılarının Azərbaycan məhkəmələrində mühakimə edilməsi təmin olunacaq.

"Report" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında bildirib.

"Uzun illərdir Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayət törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıb. Onların Azərbaycan məhkəmələri tərəfindən mühakimə ediməsi təmin olunacaq", - o vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook