Serbiya prezidenti paytaxtdakı vəziyyətlə bağlı xalqa müraciət edib
Dekabr 25
10:24
2023
"Serbiya xüsusi xidmət orqanları iğtişaşların hazırlanması barədə əvvəlcədən məlumat alıblar. Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir”.
Bunu Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciəti zamanı deyib.
"Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq ”, - deyə o qeyd edib.
Qeyd edək ki, Belqradda müxalifətçilər şəhər administrasiyasının binasına basqın ediblər.
Etirazçılar şəhərin əsas Kralya Milan küçəsini bağlayıblar. RSK-nın binası ilə Serbiya prezidentinin iqamətgahı arasında səhnə yaradılıb. Daha sonra müxalifət tərəfdarları seçki komissiyasının binasından şəhər administrasiyasının əsas girişinə doğru hərəkət ediblər.