Serbiya prezidentinin dinlənilməsi ilə bağlı təhqiqat başlanıldı
Yanvar 04
09:38
2021
Serbiyanın hüquq-mühafizə orqanları ölkə prezidenti Aleksandr Vuçiçin dinlənilməsi ilə bağlı cinayət işi qaldırıb.
"Report” xəbər verir ki, bu barədə güc strukturlarındakı özəl mənbələrə istinadən "Veçerne Novosti” qəzeti bildirib.
Məlumata görə, "ciddi məxfiləşdirilmiş iş artıq bir müddətdir araşdırılır". Asayiş keşikçiləri müəyyənləşdirirlər ki, kim və kimin göstərişi üzrə prezidenti dinləyib. İşi ölkənin Daxili İşlər Nazirliyinin Daxili Nəzarət Sektoru aparır.
Nəşr bildirir ki, prezidentin danışıqlarına qulaq asılması "Konstitusiya quruluşunun devrilməsinə cəhd" maddəsi üzrə ağır cinayət əməli kimi araşdırılır.