SON XƏBƏR

Sərdar Hacıyev Qarabağ veteranını niyə işdən çıxarıb? - Məhkəmə çəkişməsi

Dekabr 11
14:54 2024
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl rayon Mərkəzində şöbə müdiri vəzifəsində işləmiş Əlaslan Hacıyev işdən çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, o rəhbərliyin bu qərarını qanunsuz hesab edərək işə bərpa tələbi ilə Aqrar Xidmətlər Agentliyini məhkəməyə verib.

Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Nərgiz Tağıyeva iş üzrə hakim təyin edilib. 

Əlaslan Hacıyevin hansı səbəbdən işdən çıxarılması barədə rəsmi açıqlama yoxdur. Onun oğlu Haxoy Hacıyevin mediada tirajlanan müraciətində qeyd edilib ki, atası qanunsuz olaraq işdən çıxarılıb. 

Həmçinin məlum olur ki, Əlaslan Hacıyev I Qarabağ savaşının iştirakçısıdır. Onun oğlu Haxoy Hacıyev isə II Qarabağ savaşında iştirak edib. O, sağlamlığının 80 faizini itirib, Qarabağ əlilidir. 

Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyinin mövqeyini öyrənmək mümkün olmayıb. 

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdir. 

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook