SON XƏBƏR

Sergey Şoyqudan bəyanat: “Heç kəs bu qərarın Avropa üçün ciddi fəsadlar verəcəyini anlamır”

Oktyabr 30
12:01 2018
"Vaşinqtonun nüvə silahları sazişindən çıxması Avropa üçün ciddi fəsadlar yarada bilər”. Bu xəbərdarlıqla Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib. O, oktyabrın 20-da Moskvada səfərdə olan yunanıstanlı həmkarına deyib ki, Avropa Birliyi və NATO ABŞ-ın 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları (INF) Sazişindən çıxmasını fəsadlarını götür-qoy etməlidir.

Sözügedən sənədi ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan və Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov imzalayıb.

"Mənə elə gəlir ki, Avropada heç kəs bu qərarın Avropa üçün ciddi fəsadları verəcəyini anlamır”, – Şoyqu deyib.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar sazişdən çıxarsa, Rusiya NATO-nun istənilən üzvünü hədəfə ala bilər. ABŞ Prezidenti Donald Tramp sazişdən çıxmaq niyyətini Rusiyanın 2014-cü ildən bəri onu pozmasıyla izah edir. Rusiya isə bu iddiaları rədd edir.

(Azadlıq radiosu)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook