SON XƏBƏR

Şərqi Qutada son 10 gündə 770 ölü

Mart 06
15:00 2018
Sərhədsiz Həkimlər Təşkilatı Suriyanın Şərqi Quta bölgəsində son 10 gündə 770 nəfərin öldürüldüyünü bildirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təşkilat 4 min nəfər dinc sakinin isə yaralandığını dilə gətirib. Ölü və yaralıların sayının artacağı təxmin edilir.

Qeyd edək ki, müxaliflərin nəzarətində olan əraziyə prezident Bəşər Əsəd və Rusiya qüvvələri hava hücumları təşkil edirlər.

Gündə 5 saat ərzində açılan humanitar yardım xəttinə də hücumların edildiyi bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook