SON XƏBƏR

Səsvermənin ilkin nəticələri elan edildi: İlham Əliyev 92,1% səslə liderdir (VİDEO)

Fevral 08
02:13 2024
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində səsvermənin ilkin nəticələri məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.

O bildirib ki, 125 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev səslərin 92,1 faizini toplayıb.

"Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,2 faizini, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,47 faizini toplayıb”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook