Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
Aprel 27
07:01
2024
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.
Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerinə yetirmək istəyənləri saxta Həcc kampaniyalarının qurbanı olmamaq barədə xəbərdarlıq edilir.
Qeyd olunur ki, Həcc ziyarəti yalnız Səudiyyə Ərəbistanı Krallığının müvafiq orqanları tərəfindən verilmiş Həcc vizası ilə və onların Həcc işləri üzrə idarələri vasitəsilə ölkələrlə razılaşdırılmaqla və ya rəsmi Həcc ziyarəti olmayan ölkələr üçün "Nusuk Hajj” platforması vasitəsilə həyata keçirilə bilər.