Səudiyyə vəliəhdi: "Müasir İslama keçid edəcəyik"
Oktyabr 25
17:29
2017
Son dövrlərdə islahatları ilə diqqət çəkən Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd İbin Salman paytaxt Riyadda keçirilən və 88 ölkədən 3500 nəfərin iştirak etdiyi investivisiya konfransında diqqət çəkən fikirlərlə yadda qalıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, vəliəhd "Biz əvvəllər belə deyildik, keçmişdə olduğu kimi müasir və yumşaq İslama qayıtmaq istəyirik. Növbəti 30 ili bizi geriyə aparan fikirlərlə yaşamayacağıq və tezliklə radikallığı məhv edəcəyik" deyib.
Müasir Səudiyyənin siması hesab edilən vəliəhd ölkənin neft sektorundan asılılığını hədəfləyən və nəhəng meqaşəhər layihəsi üzərində çalışan biri hesab edilir. Məhəmməd İbin Salmanın şəhər layihəsinin 2025-ci ildə, iqtisadi islahatlarının isə 2030-cu ildə yekunlaşması gözlənilir.
O, ötən ay ölkədə qadınlara maşından istifadə hüququnun veriləcəyini açıqlamışdı.