Sevinc Çılğın ARB-dən ayrıldı
İyun 23
14:22
2021
3 ildən artıqdır ki, ARB telekanalında Anons redaksiyasının rəhbəri vəzifəsində çalışan Sevinc Çılğın işindən ayrıldığını açıqlayıb.
Qaynarinfo-ya danışan Sevinc xanım 15 ildən artıqdır ki, televiziya sahəsində çalışdığını və bir müddət dincəlməyə ehtiyac hiss etdiyini bildirdi.
"Yenidən bu sahəyə dönüb-dönməyəcəyim, yaxud nə ilə məşğul olacağım barədə düşünmək belə istəmirəm bu dəqiqə. Sadəcə dincəlmək, bir müddət hamıdan, hər şeydən uzaqlaşmaq istəyirəm” - deyə əlavə edib.