SON XƏBƏR

Seymur Orucovun tender oyunları

İyul 08
16:17 2021
Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi abadlaşdırma xıdmətləri haqqının ödənilməsi üzrə satınalma müsabiqəsinə yekun vurub. JAMAZ.info xəbər verir ki, "Meqan An İnşaat” MMC tenderin qalibi olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 53 996.8 AZN təşkil edir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə "Meqa An İnşşat” MMC 1 dekabr 2009-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Ağstafa rayonu, Ağstafa şəhəri M.Ə.Sabir küçəsi, ev 9-da yerləşən MMC-nin qanuni təmsilçisi Aslanov Yaşar İmamverdi oğludur.

Yaşar Aslanov həm də "Səma MM İnşaat” MMC-nin qanuni təmsilçisi olub. "Meqa AN İnşaat” MMC-yə məxsus Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) 26 avqust 2020-ci il tarixə qədər "Səma MM İnşaat” MMC-yə aid olub.

Araşdırmalar zamanı aydın olur ki, son 2 ildə bu şirkətlərə 2 715 102 AZN dövlət vəsaiti köçürülb.

Bundan başqa, "Səma MM İnşşat” MMC şübhəli şirkət kini tanınır. Mediada gedən məlumatlara görə, bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda sözügedən MMC-nin Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirdilməsi, görülməyən işlərə görə pul ödənişləri kimi halların aşkar olunduğu bildirilir.

Ağstafa rayonunun icra başçısı Seymur Orucovdur. O, Prezident İlham Əliyevin 21 may 2020-ci il tarixli Sərəncamı ilə bu vəzifəyə təyin olunub.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook