"Si Tsinpin Mao Tzsedundan sonra Çinin ən güclü lideridir"
Oktyabr 24
19:04
2017
Çin Kommunist Partiyası Zi Tsinpinin ideologiyasını partiya konstitusiyasına möhkəmləndirmək üçün səs verərək onu Mao Tzsedundan sonra ölkənin ən güclü lideri kimi təsbit edib.
Cənab Si 2012-ci ildə hakimiyyətə gəldikdən sonra öz mövqelərini daha da möhkəmləndirib.
"Si Tsinpin təfəkkürü" Kommunist Partiyası qurultayının sonunda yekdilliklə qəbul edilib.
Pekində baş tutan ölkənin ən mühüm siyasi görüşü 2,000-dən artıq nümayəndə heyəti bağlı qapılar arxasında görüşüb.
Qurultay ötən həftə cənab Sinin 3 saatlıq nitqi ilə başlayıb. Çıxışı zamanı o, "yeni dövrdə Çin xüsusiyyətlərinə malik olan sosializm" fəlsəfəsini açıqlayıb.
Bundan sonra yüksək vəzifəli məmurlar və dövlət mediası bu ideologiyanı dəfələrlə xatırlatmağa başlayıb və buna "Si Tsinpin təfəkkürü" adını verib.
BBC Çin redaktoru Carrie Gracie deyir ki, partiyanın konstitusiyasına "Si Tsinpin təfəkkürü"-nü daxil etmək o deməkdir ki, indi rəqibləri Çinin güclü şəxsinə Kommunist Partiyası qaydalarını təhdid etmədən etiraz edə bilməzlər.
Əvvəlki Çin Kommunist Partiyasının rəhbərliəri də öz ideologiyalarını partiya konstitusiyasına daxil etmişdilər, lakin bani Mao Tzsedundan başqa heç bir rəhbərin fəlsəfəsi "təfəkkür" olaraq qəbul edilməmişdi.
Yalnız Mao və Den Syaopin ideologiyalarına adlarını həkk edə biliblər (BBC).