SON XƏBƏR

“Silahımız tükənsə belə, kürəklə döyüşəcəyik” – Kuleba

Yanvar 16
13:20 2024
ABŞ Konqresinin Ukraynaya hərbi yardım paketini təsdiqləməsi üçün "vaxt tükənir", lakin kifayət qədər dəstək olmasa belə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın təcavüzünə müqavimət göstərməyə davam edəcək. 

Qaynarinfo xəbər verir ki, bunu ABC kanalına müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. 

Kuleba izah edib ki, Ukraynaya dəstək NATO ilə Rusiya arasında Amerika qoşunlarının müdaxilə etmək məcburiyyətində qalacağı birbaşa qarşıdurmadan yayınmağa kömək edəcək.

"Hazırda Ukraynanı dəstəkləməyin dəyəri nə qədər olursa-olsun, Ukrayna uduzsa, dünyadakı qarışıqlığı düzəltməyin qiyməti çox, çox baha olacaq”, - ukraynalı nazir vurğulayıb. 

Nazir ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib ki, Rusiyanın Ukraynada qələbəsi digər təcavüzkar ölkələrə də siqnal olacaq.

"Əgər Qərb Ukraynada Rusiyanı dayandıra bilmirsə, o zaman dünyanın digər yerlərində başqa kimi dayandıra bilər?”, - deyə xarici işlər naziri sual edib.
Eyni zamanda o, Ukraynanın heç vaxt Rusiyaya boyun əyməyəcəyini və əlində olan imkanlarla mübarizə aparacağını vurğulayıb.

"Silahımız tükənsə belə, kürəklə döyüşəcəyik, çünki Ukraynanın mövcudluğu təhlükə altındadır”, - Dmitri Kuleba əminliklə deyib.

Qeyd edək ki, ABŞ Konqresi oktyabr ayından Ukraynaya əlavə yardım paketini qəbul edə bilmir. Ağ Ev dəyəri 100 milyard dollardan çox olan qanun layihəsi təklif edib. Bunlardan 60 milyarda yaxını Kiyev üçün nəzərdə tutulub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook