Şimali İrlandiya Britaniyadan çıxmaq üçün referendumun keçiriləcəyini güman edir
Fevral 05
09:59
2024
Şimali İrlandiyanın Birinci naziri, "Şinn Feyn" Milli Respublika Partiyasının nümayəndəsi Mişel O Nil fevralın 4-də Britaniyanın tərkibindən çıxması ilə bağlı referendumun keçiriləcəyini güman edir.
O Nil Böyük Britaniya Nazirlər Kabinetinin Şimali İrlandiyanın konsolidasiyası ilə bağlı referenduma hələ bir neçə onilliyin qaldığı iddiasına etiraz edib. Müvafiq bəyanat Şimali İrlandiyanın Birləşmiş Krallıqda qalmasını müdafiə edən demokratik birlikçi Partiyasının (DUP) sənədinə daxil olunub.