Şimali Qafqazda yeni etnik münaqişə: inquşlar çeçenlərə torpaq verilməsinə qarşı çıxdılar
Sentyabr 26
19:44
2018
Rusiyanın Şimali Qafqaz bölgəsində yeni etnik münaqişə ocağı alovlanıb.
Belə ki, İnquşetiya əhalisi Sunjen rayonunun bir hissəsinin Çeçenistana verilməsinə qarşı ayağa qalxıblar.
Rusiya mediasının verdiyi xəbərə görə, sentyabrın ayının 25-dən İnquşetiyada kütləvi mitinqlər başlayıb.
Respublika ərazisində Maqas rayonunun bazarında keçirilən mitinqdə həbs olunanlar barədə xəbərlər gəlməkdədir. Rayona milli qvardiyanın əlavə qüvvələri yeridilib.
Lakin güclü təzyiq torpağın verilməsi ilə bağlı sazişi təsdiq etməli olan İnquşetiya parlamentinin iclasını başqa vaxta keçirməyə vadar edib.
Hazırda inquş və çeçen rəsmilər arasında Sunjen rayonunun bir hissəsinin Çeçenistana veirlməsi ilə bağlı müzakirələr aparılır. Həmin danışıqlarda Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Matovnikov da iştirak edir.
Sunjen rayonunun icra hakimiyyətin başçısı İsa Xaşaqulqovun istefası inquşların narazalığını daha da artırıb.
Məlum olduğu kim,i SSRİ dövründə çeçen və inquşlar eyni respubikanın-Çeçen-İnquş Muxtar Sovet Sosialist Repsublikasının tərkibində olublar. Sovet İttifaqı parçalandıqdan sonra Rusiyanın tərkibində iki ayrı respublka yaradılıb.
Hələ çeçen müharibəsi zamanında 1993-cü ildə Çeçenistan Respubikasının rəhbəri Cövhər Dudayev və İnquşetiyanın başçısı Ruslan Auşev ərazi mübahisəsinin həll olunması üçün saziş imzalanıb. Buna görə Sunjen rayonu Sernovodsk və Assinovsk kəndləri istisna olmaqla İnquşetiyanın tərkibinə keçib.
Yeni ərazi mübahisəsi isə 2012-ci ildə yenidən gündəmə gəlib. Elə həmin vatxda da tərəflər Sunjen və Malqobek rayonlarının bölünməsində razılaşa bilmədikləri üçün ümumi komissiya yaradıblar.
Son gələn xəbərlərə görə, Çeensitan lideri Ramzan Kadorov və İnquşetiya rəhbəri Yunusbek Yevkurov respublikalar arasında inzibati sərhədlərin müəyyən edilməsi ilə bağlı sazişi artı imzalayıblar.
Xatırladaq ki, bir müddət öncə Şimali Qafqazın daha bir repsublikasında, Kabardin-Balkariyada kabardinlərlə balkarlar arasında tarixi Kanjal döyüşünün qeyd olunması ilə bağlı münaqişə çıxmışdı.
Musavat.com