SON XƏBƏR

Simonyan istefaya göndəriləcək? - “Hakim partiyada onun cəzalandırılmasını istəyirlər”

Fevral 06
14:54 2024
Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşının korrupsiya işilə bağlı həbs edilməsi ciddi siyasi əks-səda doğurub.

"AzPolitika.info” xəbər verir ki, Ermənistanın "Joxovurd” qəzeti hakim "Vətəndaş müqaviləsi” partiyasında Simoyanın istefasının tələb olunduğunu yazıb. Qəzet iddia edir ki, hakim komandanın üzvləri bu məsələni Baş nazir Nikol Paşinyanın qarşısında qaldırıblar.

Qeyd olunur ki, Simonyan və onunla əlaqəli olan şəxslər dəfələrlə qalmaqalların mərkəzində olublar, lakin cəzasız qalıblar. Spikerin həyat yoldaşı tərəfindən idarə olunan "Freenews” telekanalı bir neçə aydır ki, Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinə aylıq 1,5 milyon dram rüsumu ödəmir. Artıq kanalın borcu 23,3 milyon dram təşkil edib. Məqalədə deyilir ki, hətta bu məlumat ictimailəşdirildikdən sonra da onlar rəsmi statuslarından istifadə edərək dövlətin borclarını ödəməyiblər.

Bir neçə gün əvvəl isə Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorgyan həbs olundu və korrupsiya qalmaqalının mərkəzinə düşdü. Hakim partiyada hesab edirlər ki, Simonyanın ətrafında yaranmış bu cəzasızlıq atmosferinə son qoyulmalıdır, çünki bu, komandanın reytinqinə xələl gətirir. Qəzetin iddiasına görə, bu səbəbdən hakim partiyanın bəzi yüksək vəzifəli üzvləri Paşinyanın qarşısında Alen Simonyanın istefası məsələsini qaldırıblar.

Xatırladılır ki, keçən ilin aprelində Alen Simonyan İrəvanın mərkəzində vətəndaşın üstünə tüpürüb və ictimaiyyətin kəskin reaksiyasına baxmayaraq, cəzasız qalıb. İndi isə söhbət korrupsiya qalmaqalından getdiyi üçün, Simonyan nəhayət ki, cəzalandırılmalıdır. Paşinyan öz tərəfdaşlarına dəfələrlə xəbərdarlıq edib ki, korrupsiyada iştirak bağışlanmayacaq, amma bu, hazırda Alen Simonyana tətbiq olunmur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook