SON XƏBƏR

“Simonyan Rusiyanın arzuolunmaz qonaqlar siyahısına salınıb” - Onun Sankt-Peterburqa getməməsinin səbəbi məlum oldu

İyul 10
15:10 2024
Məlum olduğu kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasında iştirak etməyəcək. Onu bu tədbirdə müavini əvəzləyəcək.

"AzPolitika” xəbər verir ki, Ermənistanın "Hraparak” nəşri A.Simonyanın nədən Rusiyaya getməməsini belə izah edib:
 
"Parlament sədri Ermənistanın MDB Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin rəhbəridir və həmişə Ermənistan nümayəndə heyətinə başçılıq edib. Bəzi məlumatlara görə, imtinaya səbəb Simonyanın Rusiya əleyhinə bəyanatları olub.
 
Bir vaxtlar Rusiyada sevilən, bəzi yüksək rütbəli rus məmurları ilə isti münasibətləri olan Alen Simonyan imperiyanın arzuolunmaz qonaqlar siyahısına salınıb.

Mənbələrimizin məlumatına görə, bu düşmənçilik qarşılıqlı xarakter daşıyır. Bundan əlavə, geosiyasi proseslərə uyğun olaraq daxili hakimiyyət dəyişikliklərinin baş verdiyini yazmışdıq. Putinin qucağına tələsən Nikol Paşinyanı Qərbə can atan Alen Simonyanla balanslaşdırmağa çalışırlar”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook