Şirkətlər 6 ayda banklardan 2.7 mlrd. manat depoziti geri çəkiblər
İyul 27
10:57
2023
2023-cü il yanvar ayının 1-nə Azərbaycanda hüquqi şəxslərin banklarda olan depozitlərinin həcmi 22 milyard 279 milyon manata bərabər olub.
"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü il iyul ayının 1-nə şirkətlərin banklarda olan depozitlərinin həcmi 13.8% və ya 2 milyard 695.4 milyon manat azalaraq 19 milyard 584.2 milyon manata enib.